Hazırda Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada humanitar dəhlizlərin açılması ilə bağlı danışıqlar aparır.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
“Hazırda Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti ilə humanitar dəhlizlər barədə danışır. Dünya rusların təşkil etdiyi fəlakəti nəhayət ki, dərk etdi. Ukrayna tərəfindən İrina Vereşçuk və Serhiy Trusov humanitar dəhlizlərlə bağlı məsələdə məsuldurlar”, - qeyd edib.