• 7 Dekabr 2024
logo
Rusiyada feyk xəbər yayanlar 15 ilə qədər həbs edilə bilər

Rusiyada feyk xəbər yayanlar 15 ilə qədər həbs edilə bilər

Dövlət Duması üçüncü oxunuşda Rusiya ordusunu nüfuzdan salmağa yönələn feykl xəbərlərə və Rusiyaya qarşı sanksiyalara çağırışlara görə həbs cəzası və böyük cərimələr nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qanun layihəsi Dumanın bu gün keçirilən plenar iclasın qəbul olunub.
Qanuna əsasən RF-nin Cinayət və Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilir.
Sənəddə qeyd edilir ki, əgər feyklər ağır nəticələrə səbəb olarsa azadlıqdan məhrum etmə müddəti 15 ilə qədər ola bilər.
Rusiya Silahlı Qüvvələri ilə bağlı qəsdən yalan məlumatların yayılmasına görə isə aşağıdakı cəzalar nəzərdə tutulub:
- 700.000-dən 1,5 milyon rubla qədər və ya 18 aya qədər müddətə məhkumun əmək haqqı və ya digər gəliri miqdarında cərimə;
- bir ilədək islah işləri;
- üç ilədək müddətə məcburi əmək;
- eyni müddətə azadlıqdan məhrum etmə.
Qanun layihəsində Rusiyaya qarşı sanksiya çağırışlarına görə də cəza nəzərdə tutulur:
500.000 rubla qədər cərimə və ya üç ilədək müddətə məhkumun əmək haqqı və ya maaşı və ya digər gəliri miqdarında;
- üç ilədək müddətə azadlığın məhdudlaşdırılması;
- üç ilədək müddətə məcburi əmək;
- altı ayadək müddətə həbs;
- iki yüz min rubla qədər miqdarda cərimə və ya məhkumun əmək haqqı və ya əmək haqqı və ya hər hansı digər gəliri miqdarında cərimə olunmaqla və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə.
Rusiya ordusunu diskreditə-nüfuzdan salmağa çağırışlara görə maksimum cəza 5 il azadlıqdan məhrum etmə olacaq.