Gürcüstan Prezidenti Salome Zurabişvili ilə ABŞ Dövlət Katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Gürcüstan Prezidentinin administrasiyası məlumat yayıb. Administrasiyanın məlumatında söhbətin detalları barəsində məlumat verilməyib.
Lakin E. Blinkenin “Twitter” hesabında qeyd olunub ki, o, Gürcüstan Prezidenti S.Zurabişvili ilə telefon danışığı zamanı Gürcüstan xalqının Ukraynaya dəstəyinə görə təşəkkür edib və ABŞ-ın həm Gürcüstanın, həm də Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib.