Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi şəkildə müraciət edib.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Twitter” hesabında paylaşım edib.
“Bu gün Gürcüstan üçün tarixi bir gündür. Biz rəsmi şəkildə Aİ-yə üzvlük üçün müraciət etmişik. Biz sübut etmişik ki, Avropa ailəsinin bir üzvüyük və Avropa yolu Gürcüstan xalqının geridönülməz bir yoludur”, - deyə İ. Qaribaşvili qeyd edib.