Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqları davam etdirməklə bağlı razılığa gəliblər. Yeni raunda yaxın vaxtlarda keçirilə bilər.
Bunu “Ria Novosti”yə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri, nümayəndə heyətinin sədri Mixail Podolyak bildirib.
“Biz işi maksimum tez vaxtda üçüncü raundda keçirməyə razılaşdıq”, - deyə Podolyak bildirib.
Qeyd edək ki, danışıqların birinci raundu bazar ertəsi keçirilib. Rusiya nümayəndə heyətinin başçısı Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskidir.
Ukrayna Prezidentinin ofisi bildirib ki, danışıqların başlıca mövzusu atəşkəsin dərhal kəsilməsi və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.