Ukraynada xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri Volnovaxa rayonunun mühasirəsini yara biliblər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.
Dövlət başçısı qeyd edib ki, əməliyyat plan üzrə, nəzərdə tutulan qrafik üzrə gedir. Qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilir.