• 6 Dekabr 2024
logo
Rusiya XİN başçısı: “Nüvə müharibəsindən Rusiya deyil, NATO və Ukrayna danışır”

Rusiya XİN başçısı: “Nüvə müharibəsindən Rusiya deyil, NATO və Ukrayna danışır”

“Rusiya öz siyasətini “eskalasiya naminə eskalasiya” prinsipi əsasında qurmur. Nüvə müharibəsinin mümkünlüyündən NATO ölkələri və Ukrayna danışır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici mediaya müsahibəsində bildirib
Onun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə şərtləri hərbi doktrinada təsvir olunub.
“Qərb analitiklərinin bizə irad tutmağa çalışdıqları kimi bizim doktrinada heç bir eskalasiya naminə eskalasiya yoxdur. Amma hazırda nüvə müharibəsi ilə bağlı söhbət gedir. Mən sizdən verilən bəyanatlara və onun kimlər tərəfindən verilməsinə diqqətlə baxmağınızı xahiş edirəm. Əvvəlcə belə bəyanatları NATO-nun Baş katibi Yens Stoltenberq verib, sonra Vladimir Zelenski”, - nazir bildirib.