• 9 Dekabr 2024
logo
Rusiya XİN: Sanksiyalardan dünya iqtisadiyyatı əziyyət çəkəcək

Rusiya XİN: Sanksiyalardan dünya iqtisadiyyatı əziyyət çəkəcək

“Dünya iqtisadiyyatı Qərbin antiRusiya sanksiyalarından əziyyət çəkəcək, ona görə də nə vaxtsa onlardan imtina etmək lazım gələcək”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
“Rusiya ətrafında vəziyyəti sərtləşdirsəniz, bu şərtlər altında dünya iqtisadiyyatı zərər görəcək, qlobal iqtisadi proseslər zərər görəcək. Müəyyən müddətə səs-küy və sərt tədbirlər görmək olar, lakin sonra bu tədbirlərdən uzaqlaşmaq lazım olacaq. Çünki bu, baha başa gələcək”, - Rusiya XİN başçısının müavini Krasnoyarsk İqtisadi Forumunda çıxışında deyib.