• 7 Dekabr 2024
logo
"Embraer" Rusiya ilə əməkdaşlığı dayandırır

"Embraer" Rusiya ilə əməkdaşlığı dayandırır

Dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Braziliyanın "Embraer" şirkəti beynəlxalq sanksiyalara görə Rusiyada komponentlərin tədarükünü və digər müştəri xidmətlərini dayandırır.
"CNN Brazil" saytının verdiyi məlumata görə, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, "Embraer" vəziyyətin inkişafını diqqətlə izləyir, Rusiyaya və Ukraynanın bəzi bölgələrinə qarşı beynəlxalq sanksiyalara əməl edir və onlara əməl etməyə davam edəcək.
Həmçinin bildirilir ki, sanksiyalardan təsirlənən müştərilər üçün hissələrin tədarükü, texniki xidmət və texniki dəstək xidmətləri dayandırılıb.