• 6 Dekabr 2024
logo
"Airbus" Rusiya aviaşirkətlərinə dəstəyini dayandırır

"Airbus" Rusiya aviaşirkətlərinə dəstəyini dayandırır

"Airbus" təyyarə istehsalı konserni Rusiyada mühəndislik sahəsində fəaliyyətinin, həmçinin Rusiya aviaşirkətlərinə dəstək xidmətlərinin dayandırıldığını elan edir.
"Reuters"in verdiyi məlumata görə, bundan əlavə, şirkət Rusiya Federasiyasına ehtiyat hissələrinin tədarükünün dayandırıldığını bildirib.
Ötən həftə Avropa İttifaqı sanksiyalar paketini açıqlayıb. Paketə əsasən, Avropa şirkətlərinə Rusiyaya xaricdə istehsal olunan mülki təyyarələr və ehtiyat hissələri tədarük etmək qadağan edilib. Bundan əlavə, Aİ sanksiyaları digər məsələlərlə yanaşı, avropalı icarədarlarla mövcud müqavilələrə də şamil edilir.