Ukraynanın Xarkov şəhərinə endirilən raket zərbəsi zamanı xəsarət alanların sayı açıqlanıb.
Unian.net xəbər verir ki, Xarkov vilayət administrasiyasının yanına düşən raket azı 6 nəfərin, o cümlədən 1 uşağın yaralanmasına səbəb olub.
Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiyanın endirdiyi hava zərbəsi zamanı ölən və yaralananların dəqiq sayının müəyyənləşmədiyini deyib.