• 7 Dekabr 2023
logo
Stoltenberq Polşa və Estoniyaya səfər edəcək

Stoltenberq Polşa və Estoniyaya səfər edəcək

NATO Baş katibi Yens Stoltenberq Polşa və Estoniyaya səfər edəcək.
Bu barədə NATO Baş katibinin sözçüsü Oana Luncesku bildirib.
Onun sözlərinə görə, Baş katib Yens Stoltenberq martın 1-də Polşa və Estoniyaya səfər edəcək.
NATO Baş katibi Polşada Prezident Andjey Duda ilə bilikdə Lask hərbi hava bazasına, Estoniyada isə Baş nazir Kaya Kallasla birlikdə Tapa hərbi bazasına baş çəkəcək.