Fevralın 28-də Moldova banklarının əksəriyyəti Rusiya rublunu konvertasiya etmək üçün qəbul etməkdən imtina edib.
Xarici mətbuatın verdiyi məlumata görə, bəzi banklar yalnız rublu satmağa hazırdır, Rusiyanın milli valyutasını almağa isə yalnız özəl valyutadəyişmə məntəqələri razıdır.
Qeyd edək ki, bu gün ABŞ dollarının rubla qarşı məzənnəsi Moskva birjasında 109,18 rubla çatıb, avronun məzənnəsi isə 31,18% artaraq 122 rubl təşkil edib.
Xatırladaq ki, bu gün Rusiya Bankının İdarə Heyəti növbədənkənar iclasda uçot dərəcəsini 20%-ə qaldırıb. Bu, tarixi maksimumdur.