Xarkova endirilən “Qrad” zərbələri nəticəsində onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb.
Bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko bildirib.
“Xarkov indicə “Qrad”lardan atəşə tutulub. Onlarla insan ölüb, yüzlərlə yaralı var. Bu dəhşəti bütün dünya görməlidir”, - o vurğulayıb.