Ukrayna Prezidenti Volodimir Zelenski ilə Yaponiyanın Baş naziri Fumio Kişida arasında telefon danışığı olub.
Bu barədə Zelenski "Twitter" hesabında məlumat verib.
“Təcavüzlə mübarizədə Ukraynaya güclü dəstəyə görə təşəkkür edirəm. Yaponiya artıq təsdiqlənmiş 100 milyon dollarlıq yardıma əlavə olaraq daha 100 milyon dollar ayırır, Rusiyaya qarşı sərt sanksiyaları tam dəstəkləyir. Çox sağ olun! Həqiqətən qlobal antimüharibə koalisiyası işləyir”, - Zelenski vurğulayır.