“Danışıqlar sükutla getməlidir. Biz çox təəssüf edirik ki, bu danışıqlar bir gün əvvəl başlamadı, amma belə bir ehtimal var idi”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar haqqında danışarkən bildirib.
“Nümayəndə heyətimiz uzun müddətdir ki, Belarusdadır. Nümayəndə heyəti gecə saat 12-də, 1-də, 2-də hazır idi. Amma rəqiblər indi gəliblər. Ümid edək ki, bu dəqiqə danışıqlar başlasın”, - Kremlin sözçüsü vurğulayıb.