• 4 Dekabr 2023
logo
Moskva birjasında dollar 109 rublu, avro isə 120 rublu ötüb

Moskva birjasında dollar 109 rublu, avro isə 120 rublu ötüb

Moskva birjasında valyuta hərracları zamanı ABŞ dollarının məzənnəsi əvvəlki sessiyanın sonuna nisbətdə 31,55% artaraq 109,18 rubl, avronun məzənnəsi isə 31,18% artaraq 122 rubl təşkil edib.
Birja məlumatları xəbər verir ki, Moskva vaxtı ilə saat 12:14-də rubl kəskin zəifləmədən sonra bərpa olunmağa başlayıb. Belə ki, dolların məzənnəsi 100,4 rubla (+20,6%) kimi geriləyib. Avronun məzənnəsi 20,48% artaraq 112 rubl təşkil edib.