Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) İdarə Heyəti növbədənkənar iclasında uçot dərəcəsini 20%-ə qaldırıb. Bu, tarixi maksimumdur.
Bankın verdiyi məlumata görə, faiz dərəcəsinin artırılması artan devalvasiya və inflyasiya risklərini kompensasiya etmək üçün depozit faizlərinin lazımi səviyyəyə yüksəlməsini təmin edəcək. Bundan əlavə, belə bir tədbir maliyyə və qiymət sabitliyini qorumağa kömək edəcək, həmçinin əmanətləri amortizasiyadan qoruyacaq.
Rusiya Bankı qeyd edir ki, növbəti qərarlar xarici və daxili şəraitdən gələn risklərin və maliyyə bazarlarının onlara reaksiyasının qiymətləndirilməsi, hədəfə nisbətən faktiki və gözlənilən inflyasiya dinamikası və iqtisadiyyatın proqnoz üfüqü üzrə inkişafı nəzərə alınaraq qəbul ediləcək.