• 29 Noyabr 2023
logo
Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 138 nəfərə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 138 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19 4 835 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 603 007, ölənlərin sayı isə 16 138 nəfərə çatıb. Virusa yoluxanlardan 1 491 321 nəfərin sağaldığı bildirilib.