Ukraynanın Kiyev vilayətində komendant saatı elan edilib.
Bu barədə Kiyev vilayətinin patrul polisi "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, bütün Kiyev vilayətində bu gün saat 17:00-dan sabah saat 08:00-a qədər komendant saatı tətbiq edilir.
"Bu zaman xüsusi verilmiş icazə vəsiqələri və şəxsiyyət vəsiqəsi olmadan küçələrdə və digər ictimai yerlərdə olmaq qadağandır. İcazələriniz yoxdursa, evdə qalın", - deyə məlumatda qeyd olunub.
Polis vətəndaşları anlayışlı olmağa çağırıb. Bildirilib ki, bu tədbir regionun effektiv müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün zəruridir.