Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edib.
Zelenski bu barədə ‘Twitter’ hesabında paylaşım edib.
"Güclü dəstəyə görə dostum, cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edirəm. Qara dənizə Rusiya hərbi gəmilərinin keçməsinə qadağa qoyulması və əhəmiyyətli hərbi və humanitar yardımlar bu gün son dərəcə vacibdir. Xalqımız bunu heç vaxt unutmayacaq!" - deyə Zelenski qeyd edib.