“Rusiyanın SWIFT qlobal banklararası ödəniş sistemindən çıxarılması variantı açıqdır, lakin buna son çarə kimi baxılır”.
"France 24"-ün verdiyi xəbərə görə, bu barədə Fransanın maliyyə naziri Bruno Le Maire deyib.
Nazir bildirib ki, Avropa İttifaqı Rusiyanı maliyyə cəhətdən təcrid etmək istəyir.
“Biz Rusiya banklarına sanksiyalar tətbiq etməyə hazırlaşırıq. Rusiyanı maliyyə cəhətdən təcrid etmək istəyirik. Rusiya ilə qlobal maliyyə sistemi arasında bütün əlaqələri kəsmək istəyirik”, - Le Maire bildirib.