Ukrayna Prezidenti ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak Rusiyanın hərbi müdaxiləsindən sonra son vəziyyət barədə danışıb.
Uniant.net saytı xəbər verir ki, o, döyüşlərin bütün Rusiya-Ukrayna sərhədi boyu getdiyini söyləyib.
“Döyüşlər dövlət sərhədinin bütün perimetri boyunca gedir. Vəziyyət idarə olunandır”.
Podolyak gün ərzində Rusiya ordusunun Ukraynanın hərbi infrastrukturu və aerodromlarını bombalamağa davam edəcəyini təxmin edib.
O, Rusiyanın danışıqlardan imtina etdiyini də söyləyib.