Ukrayna Rusiya Federasiyası ilə diplomatik əlaqələrini rəsmi şəkildə kəsdi.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Prezident Vladimir Zelenski Rusiya ilə diplomatik əlaqələrini kəsmək təklifini dəstəkləyib.
“Ukrayna Prezidentinin tapşırığı ilə Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq hüquq normalarına uyğun olaraq diplomatik münasibətlərin kəsilməsi proseduruna başlayıb. Rusiyanın Ukraynaya qarşı silahlı təcavüz aktına, Ukrayna dövlətini məhv etmək üçün Rusiya qoşunlarının yeridilməsinə, Ukrayna ərazisinin güc yolu ilə ələ keçirilməsinə cavab olaraq belə bir addım atılıb. Rusiyanın hücum əməliyyatı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hücum, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - XİN bildirib.