• 10 Dekabr 2023
logo
Avropa İttifaqı Rusiya vətəndaşlarına viza verilməsini dayandıra bilər

Avropa İttifaqı Rusiya vətəndaşlarına viza verilməsini dayandıra bilər

Moskvanın Ukraynaya hücumuna cavab olaraq Belçika Avropa İttifaqından tələbələr, işçilər və turistlər də daxil olmaqla Rusiya vətəndaşlarına viza verilməsini dayandırmasını istəyir.
"Reuters"in verdiyi xəbərə görə, bu barədə Belçikanın miqrasiya naziri deyib.
"Rusiyanın hücumu bizi Belçikaya gəlmək istəyən ruslara qarşı diqqətli olmağa məcbur edir”, -deyə miqrasiya üzrə nazir Sammi Mehdi bildirib.
"Hazırda burada ruslar xoş qarşılanmır, ruslar üçün ümumi viza qadağası tabu olmamalıdır”, deyən nazir bu qadağanın həm qısa, həm də uzun müddətli səfərlərə aid edilməli olduğunu bildirib.
Belçikanın Baş naziri Aleksandr de Kroo hələlik məsələ ilə bağlı heç bir şərh verməyib.
O, Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı qərar vermək üçün bu gün axşam Aİ-nin digər 26 lideri ilə görüşməlidir.