• 10 Dekabr 2023
logo
Rusiya maliyyə bazarında qısa satışlara qadağa qoyub

Rusiya maliyyə bazarında qısa satışlara qadağa qoyub

Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) maliyyə bazarında qısa satışlara ("short selling") qadağa qoyub.
Bu barədə bankın rəsmi məlumatında deyilir.
Məlumata görə, Rusiya Bankı maliyyə bazarındakı mövcud vəziyyətlə əlaqədar olaraq və maliyyə bazarlarında investorların hüquqlarını və qanuni maraqlarını qorumaq, riskləri azaltmaq və yüksək volatilliyi məhdudlaşdırmaq üçün brokerlərə 24 fevral saat 12:00-dan etibarən birja və birjadan xaric qısa satışlara qadağa qoyub.
Qeyd edək ki, qısa satış – ticarət zamanı treyderin sahib olmadığı qiymətli kağızların, əmtəələrin və ya valyutaların satışıdır.
Xatırladaq ki, fevralın 24-nə keçən gecə Rusiya Prezident Vladimir Putin Donbassda xüsusi əməliyyatın başlandığını elan edib. Bu fonda Rusiyanın bütün aktivləri çöküb, eyni zamanda neft qiymətləri tədarükün kəsilməsi qorxusu səbəbindən 100 dollardan yuxarı qalxıb. Moskva Birjası bütün bazarlarda ticarəti dayandırıb.