• 2 Dekabr 2023
logo
Polşa Prezidenti: “Aİ və NATO Ukraynanı dəstəksiz qoymayacaq”

Polşa Prezidenti: “Aİ və NATO Ukraynanı dəstəksiz qoymayacaq”

“Avropa İttifaqı və NATO Ukraynanı dəstəksiz qoymayacaq”.
Ukrayna mətbuatına istinadən xəbərinə görə, bunu Polşa Prezidenti Andjey Duda “Twitter” hesabında yazıb.
“Beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Ukrayna Rusiyanın haqq qazandırılması mümkün olmayan kobud hücumuna məruz qalıb. Bildirirəm ki, NATO və Avropa İttifaqındakı tərəfdaşlarımızla bu aqressiyaya sərt reaksiya verilməsini nəzərdən keçiririk. Ukrayna hökuməti və xalqı bilməlidir ki, onlara mümkün olan hər cür dəstək veriləcək”, - Polşa dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Avropa İttifaqı da Rusiyaya yeni siyasi və iqtisadi sanksiyalar paketinin tətbiqinə hazırlaşır.