Ukraynanın Hava Hücumundan Müdafiə sistemləri sıradan çıxarılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukraynadakı hərbi bazaların infrastrukturu sıradan çıxarılıb”, - bildirilib.
Nazirlik ukraynalı sərhədçilərin Rusiya Ordusunun hərbçilərinə müqavimət göstərmədiklərini də əlavə edib.
Ukrayna Ordusunun Baş Qərargahı isə yerli vaxtla saat 05:00-dan etibarən Rusiya Federasiyasının hərbi qüvvələrinin Borispol, Ozernoy, Kulbakin, Çuquevo, Kramatorsk və Çernobaevka yerləşən aerodromlarına, həmçinin, hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
Açıqlamada Ukrayna Ordusunun öz mövqelərini qoruduğu qeyd olunub.