Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 10 230 yoluxma halı qeydə alınıb, 48 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 575 999, ölənlərin sayı isə 15 981 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 429 763 nəfərin sağaldığı bildirilib.