• 29 Noyabr 2023
logo
Duma “DXR” və “LXR” ilə müqavilələri ratifikasiya edib

Duma “DXR” və “LXR” ilə müqavilələri ratifikasiya edib

Rusiya Dövlət Duması “Donetsk və Luqansk Xalq Respublikaları” ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləni ratifikasiya edib.
TASS xəbər verir ki, təsdiqlənən sənəd Prezident Vladimir Putin tərəfindən gündəliyə salınıb.
Təsdiqləndiyi gündən qüvvəyə minən qanun iqtisadiyyat, müdafiə, sərhədlərin mühafizəsi, etnik azlıqların haqlarının qorunması və s. sahələri əhatə edir.