• 10 Dekabr 2023
logo
Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 minə yaxınlaşıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 minə yaxınlaşıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 12 101 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 565 769, ölənlərin sayı isə 15 933 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 422 540 nəfərin sağaldığı bildirilib.