• 29 Noyabr 2023
logo
Ukrayna BMT TŞ-yə fövqəladə iclasın keçirilməsi ilə bağlı rəsmi müraciət edib

Ukrayna BMT TŞ-yə fövqəladə iclasın keçirilməsi ilə bağlı rəsmi müraciət edib

Ukrayna BMT Təhlükəsizlik Şurasına (TŞ) fövqəladə iclasın keçirilməsi ilə bağlı rəsmi müraciət edib.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
O qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin adından Budapeşt Memorandumunun 6-cı bəndinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) üzv dövlətlərinə gərginliyi azaltmaq üçün təcili tədbirlər və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün praktiki addımlar barədə təcili məsləhətləşmələrin keçirilməsi tələbi ilə BMT TŞ-yə rəsmi sorğu göndərilib.