• 11 Dekabr 2023
logo
Rusiya Təhlükəsizlik Şurasının üzvləri separatçı “DXR” və “LXR”-in tanınması təklifi ilə çıxış edib

Rusiya Təhlükəsizlik Şurasının üzvləri separatçı “DXR” və “LXR”-in tanınması təklifi ilə çıxış edib

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri Ukrayna ərazisindəki separatçı “respublikalar”ın “müstəqilliyi”nin tanınmasını dəstəkləyiblər.
Təhlükəsizlik Şurasının Prezident Vladimir Putinin sədrliyi ilə keçirilən növbədənkənar iclasında çıxış edən Baş nazir Mixail Mişustin, Dövlət Dumasının spikeri Vyaşeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matviyenko, müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, daxili işlər naziri Vladimir Kolokoltsev və digərləri separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyinin tanınması təklifini dəstəkləyiblər.
V. Putin TŞ iclasında iştirak edənlərə təşəkkürünü bildirib, yekun qərarın açıqlanacağını söyləyib.