• 4 Dekabr 2023
logo
Putin Təhlükəsizlik Şurasının iclasında Ukraynadakı vəziyyəti müzakirə edir

Putin Təhlükəsizlik Şurasının iclasında Ukraynadakı vəziyyəti müzakirə edir

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.
Kremldə keçirilən növbədənkənar iclasda Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri iştirak edir.
Rusiya dövlət başçısının rəhbərliyi ilə keçirilən iclas Ukraynanın cənub-şərqindəki vəziyyətə həsr olunub.
Putin iclasda "Donetsk və Luqansk Xalq Respublikaları"nın rəhbərlərinin müstəqilliyinin tanınması ilə bağlı müraciətlərinin müzakirə olunacağını açıqlayıb.