London körpüsü iki nəfərin öldüyü terror aktından sonra yenidən açılıb.
Trend-in məlumatına görə, bu barədə London Sitinin polisi deyib.
Polis bildirib: "London körpüsü nəqliyyat və piyadalar üçün yenidən açılıb. Səbr etdiyiniz üçün təşəkkür edirik".
Xatırladaq ki, noyabrın 29-u yerli vaxtla təxminən saat 14:00-da bıçaqla insanlara hücum edib. İnsident Kembric Universitetinin Kriminologiya İnstitutunun "Learning Together" proqramının məzunları və müəllimləri arasında görüş keçirilən zaman baş verib. Silahlı hücum nəticəsində iki nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.
İŞİD terror qruplaşması Londonda baş verən torror aktına görə məsuliyyəti öz üzərinə götürüb.