Fevralın 24-də ABŞ Prezidenti Co Bayden "Böyük yeddilik”(G7) qrupunun dövlət başçıları ilə onlayn görüş keçirəcək.
Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Əsas diqqət Ukrayna ətrafındakı vəziyyət və Rusiya ilə bağlı məsələlərə yönələcək.
Psaki fevralın 24-də Almaniyanın bu il G7-yə sədirliyinin də müzakirə ediləcəyini bildirib.