Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi müəyyənləşməyib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putinin Türkiyə səfərinin tarixi hələ müəyyənləşməyib. Putinin Türkiyəyə səfərinin tarixi diplomatik kanallarla razılaşdırılır”, - o vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını Türkiyəyə səfərə dəvət edib. Putin Ərdoğanın səfərinə müsbət cavab verib. Kreml bir müddət əvvəl səfərin fevral ayında baş tutacağını açıqlayıb.