Ukrayna ordusu ilə separatçı “Donetsk və Luqansk Xalq respublikaları”nın təmas xəttində gərginlik davam edir.
Ukrayna Birləşmiş Qüvvələr əməliyyatı mərkəzi ötən sutka ərzində Donetsk və Luqansk separatçılarının atəşkəsi 8 dəfə pozduğunu açıqlayıb.
Diqqətə çatdırılıb ki, separatçılar Luqanksaya, Novozvanovka, Lobaçevo və Vodyanoy yaşayış məntəqələrini atıcı silahlardan və minaatanlardan atəşə tutub.
Qarşı tərəfdən isə bildirilib ki, Ukrayna ordusu 2 saat ərzində 9 yaşayış məntəqəsini atəşə məruz qoyub.
Donbasdakı separatçılar “DXQ”-nin nəzarəti altında olan Kominternovo, Oktyabr, Novolaspa, Petrovskoe, Veselenkoe və “LXR”-nın isə Nijne Lozovoe, Sokolniki, Donetskiy və s. yaşayış məntəqələrində Ukrayna ordusu ilə atışmaların olduğunu açıqlayıb.
Atışmalarda qumbaraatanlar və minaatanların işə salındığı da vurğulanıb.