Braziliyanın Rio-De-Janeyro ştatının Petropolis şəhərində sel və daşqınlar zamanı azı 104 nəfər ölüb.
RİA Novosti xəbər verir ki, ölənlərdən 8-nin uşaq olduğu bildirilib.
Güclü yağışlar daşqınlar və torpaq sürüşməsinə səbəb olub.
Azı 35 nəfərin itkin düşdüyü, 24 nəfərin xilas olunduğu bildirilib.