Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin Kiyevdə qalacağını deyib.
Bu barədə TASS məlumat yayıb.
O, Qərb diplomatlarının və yerli biznesmenlərin Rusiyanın Ukraynaya ehtimal olunan hücumu fonunda belə açıqlama verib. Zelenski ölkəni tərk edən deputatları da geri dönməyə çağırıb.
Xatırladaq ki, bu gün Almaniya Kansleri Olaf Şolts Kiyevə səfəri çərivəsində Prezident Vladimir Zelenski ilə görüşüb.