Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Moskvaya səfər edib.
Bu barədə Böyük Britaniyanın Moskvadakı səfirliyi məlumat yayıb.
Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşərək Ukrayna ətrafında yaranmış situasiyanı müzakirə edəcək.
Xatırladaq ki, ötən gün Britaniya XİN başçısı Liz Trass Moskvada həmkarı Sergey Lavrovla danışıqlar aparıb.