• 11 Dekabr 2023
logo
Borrell Lavrovun məktubuna cavab verib

Borrell Lavrovun məktubuna cavab verib

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiya xarici işlər naziri Sergey Lavrovun təhlükəsizlik təminatları ilə bağlı məktubuna cavab verib.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məslələri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib
"Nazir Lavrovdan aldıqları məktublara Avropa İttifaqına üzv dövlətlərin adından cavab verdim".
Aİ-nin Ali Nümayəndəsi gərginlik və fikir ayrılığının dialoq və diplomatiya yolu ilə həll edilməli olduğunu vurğulayıb.
"Biz Rusiyanı gərginliyi azaltmağa və Ukrayna və onun ətrafında və Belarusda hərbi birləşməsini dayandırmağa çağırırıq", Cozep Borrell qeyd edib.