• 2 Dekabr 2023
logo
Braziliya Prezidenti Putinlə görüşəcək

Braziliya Prezidenti Putinlə görüşəcək

Braziliya Prezidenti Jair Bolsonaro Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
RİA Novosti-nin verdiyi xəbərə görə, Braziliya Prezidenti fevralın 15-də Moskvaya gələcək.
O, fevralın 16-da rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Bolsonaro daha sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşəcək, aqrobiznes, nüvə enerjisi, gübrə və energetika sahələri üzrə Rusiya və Braziliyadan olan iş adamları ilə birgə toplantıda iştirak edəcək.
Bildirilib ki, Bolsonaro ilə birlikdə Braziliyanın xarici işlər, müdafiə, ədliyyə və kənd təsərrüfatı nazirlərinin Moskvaya uçması planlaşdırılır.
Braziliya Prezidenti deyib ki, o, Putinlə Ukrayna məsələsini müzakirə etməyəcək.