• 29 Noyabr 2023
logo
Ermənistanda COVID-19-a yoluxma 387 490-a çatıb

Ermənistanda COVID-19-a yoluxma 387 490-a çatıb

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 4 032 yeni yoluxma qeydə alınıb.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 387 490-a çatıb.
Son sutka ərzində infeksiyadan 6 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək COVID-19-dan ölənlərin ümumi sayı 8 081 nəfərə yüksəlib.