• 19 Aprel 2024
logo
ABŞ-da erməni 40 kq kokainlə saxlanıldı

ABŞ-da erməni 40 kq kokainlə saxlanıldı

ABŞ polisi erməni prodüser Vardqes Markosyanı saxlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, 47 yaşlı V.Markosyan 40 kiloqram kokain saxlamaqda ittiham olunub.

O, həmin məhsulu Avstraliyaya keçirmək istədiyini etiraf edib.

Cinayətə yardım etmək şübhəsi ilə onun bacısı İrena Markosyan da saxlanılıb.

Aşkar olunan narkotik vasitələrin həcminə əsasən, onların ömürlük azadlıqdan məhrum ediləcəyi gözlənilir.