• 29 Noyabr 2023
logo
Ermənistanda sutkalıq yoluxma 4 mini keçib

Ermənistanda sutkalıq yoluxma 4 mini keçib

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 4 192 yeni yoluxma qeydə alınıb.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 383 458-ə çatıb.
Son sutka ərzində infeksiyadan 10 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək COVID-19-dan ölənlərin ümumi sayı 8 075 nəfərə yüksəlib.