• 11 Dekabr 2023
logo
Rusiyada koronavirusa gündəlik yoluxma yeni antirekord vurub

Rusiyada koronavirusa gündəlik yoluxma yeni antirekord vurub

Rusiyada son sutka ərzində daha 155 768 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb. Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 12 284 564 nəfərə çatıb.
Son sutka ərzində 667 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 333 357 nəfərə çatıb.