• 11 Dekabr 2023
logo
Gürcüstanda sutkalıq yoluxma sayı 23 mini ötüb

Gürcüstanda sutkalıq yoluxma sayı 23 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 23 664 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 250 108, ölənlərin sayı isə 15 102 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 038 391 nəfərin sağaldığı bildirilib.