• 11 Dekabr 2023
logo
Kiyevdə Boris Consonla Zelenski arasında görüş başlayıb

Kiyevdə Boris Consonla Zelenski arasında görüş başlayıb

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna səfəri çərçivəsində Kiyevdəki Marinski Sarayına gəlib.
Baş naziri Ukrayna Prezidenti Volodimir Zelenski qarşılayıb.
Danışıqlarda əsas mövzu Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının toplanması və Rusiyanın mümkün hərbi aqressiyasına qarşı görüləcək tədbirlər olacaq.
İki liderin bir neçə saat sonra birgə mətbuat konfransında çıxış etmələri gözlənilir.