• 10 Dekabr 2023
logo
ABŞ Türkiyə-Ermənistan dialoqunda rol oynamağa hazırdır

ABŞ Türkiyə-Ermənistan dialoqunda rol oynamağa hazırdır

“ABŞ Türkiyə-Ermənistan arasında barışığın təbliğində də rol oynamağa hazırdır. Biz hər iki ölkənin diplomatiya və dialoq qurmasını alqışlayırıq”.
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxışı zamanı deyib.
O, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin yanvarda keçirilən birinci görüşündən mütəəssir olduqlarını vurğulayıb.
“Türkiyə-Ermənistan dialoqu regional sabitliyi artırmaq və region üçün daha firavan gələcək yaratmaq potensialına malikdir”, - Donfrid qeyd edib.